"Juninyo son dərəcə sürətli və əla bitiricidir.
Bu keyfiyyəti ilə Avropanın istənilən liqasına uyğunlaşa bilər".
Sportinfo.az xəbər verir ki, bu sözləri portuqaliyalı məşqçi Vitor Kampelos "Qarabağ"ın forvardı Juninyonun "Sevilya"ya mümkün transferi ilə bağlı “Estadio Deportivo”ya açıqlamasında deyib.
.
Portuqaliyanın "Çavez" klubunda Juninyonun baş məşqçisi olmuş mütəxəssis qeyd edib ki, braziliyalı hücumçu "Sevilya"ya faydalı olar:
"Bəzən oyunçular bu və ya digər səbəbdən sonradan daha yaxşı şansla üzləşirlər. Juninyonun 28 yaşı var və o, indi daha yetkindir. "Sevilya" azarkeşlərinə çoxlu sevinc bəxş edə bilər.
Juninyoda bütün məşqçilərin bəyəndiyi xüsusiyyətlər var. O, hücumun dərinliklərində çox güclü və sürətli olmaqla yanaşı, komanda oyununu da yaxşı bacarır".
Kampelos Juninyonun "Sevilya"ya tez uyğunlaşacağına inandığını bildirib: "Bizim yaxın münasibətimiz var. Bir neçə gün əvvəl danışdıq və o, etdiyimiz bir çox söhbətləri hələ də xatırladığını söylədi.
Soyunub-geyinmə otağında sakitdir, adətən yaxşı əhval-ruhiyyədə olur. Həmişə pozitivdir və hamı ilə yaxşı münasibətdə olur".
Juninyonun "Qarabağ"la müqaviləsi 2028-cı ilin iyununa qədərdir. 28 yaşlı hücumçu Ağdam klubuna 2023-cü ilin yayında "Çavez"dən (Portuqaliya) transfer olunub.