Yunanıstan mətbuat “Olimpiakos”un Avropa Liqasının əsas mərhələsindəki rəqiblərindən olan “Qarabağ”ın çıxışını diqqətdə saxlayır.
Sportinfo.az xəbər verir ki, “Parapolitika” nəşri Azərbaycan çempionunun Misli Premyer Liqasının 18-ci turunun “Araz-Naxçıvan”la görüşündəki 2:0 hesablı qələbəsindən yazıb.
Yunanıstandan olan həmkarlarımız “Qarabağ”ın qalibiyyəti haqda bunları qeyd edib:
“Qarabağ” növbəti turda da əla formada olduğunu təsdiqlədi. “Olimpiakos”un rəqibi onlarla titul uğrunda mübarizədə iştirak edən “Araz-Naxçıvan”la dueli bir nəfərlik aktyorun teatrına çevirərək, daha üç xal qazanıb.
Bu görüşdə “Qarabağ” öz üstünlüyünü və gücünü nümayiş etdirdi. İndi “Qarabağ” rəqibindən 8 xal öndə olaraq, 47 xalla birinci pillədədir”.