2024-cü ilin sonları "Qarabağ"ın mərkəz müdafiəçiləri üçün uğursuzluqla yadda qaldı.
Kevin Medina, Bəhlul Mustafazadə və Bədavi Hüseynov bir-birinin ardınca zədə alaraq sıradan çıxdı.
Belədə çətin durumla üzləşən baş məşqçi Qurban Qurbanov məcburiyyətindən cinah müdafiəçisi Mateus Silvanı davamlı olaraq stoper kimi oynatmağa başladı.
Yanında isə öncə digər cinah oyunçusu Toral Bayramova, ardınca isə uzun müddətdir oyun praktikasından əziyyət dayaq yarımmüdafiəçisi Riçard Almeydaya güvənməli oldu.
Amma bir mövqedə yaranan bu qədər dərin boşluğa rəğmən komanda heç bir əziyyət çəkmədi.
Bunu biz yox, nəticələr deyir.
"Köhlən atlar" ciddi itkilər fonunda meydana çıxdığı 3 oyunda 1 qol belə buraxmayıb.
Söhbət "Şamaxı", "Araz Naxçıvan" və "Sumqayıt"la matçlardan gedir.
Əvəzində rəqib qapısından 8 qol keçirə biliblər.
Bu, heç də o anlama gəlməsin ki, Ağdam təmsilçisinin müdafiə xətti idealdır. Hətta ciddi itkilər fonunda sıxıntı yaşamır.
Avrokuboklardakı qarşılaşmalar aydın göstərib ki, bəlkə də son illərin ən etibarsız müdafiə xətti məhz bugünkü "Qarabağ"dadır.
Bəs yuxarıdakı mənzərə?
Bu, Premyer Liqanın son çempion üçün nə qədər rəqabətsiz keçməsini göstərən əyani faktdır.
XANOĞLAN/ SPORTİNFO.AZ