“Sevilya” Juninyonu dəli edib: “Bu imkan bir daha mənim əlimə düşməyəcək”

25 Dekabr 2024 14:40 Qarabağ 6 070
“Sevilya” Juninyonu dəli edib: “Bu imkan bir daha mənim əlimə düşməyəcək”

Olivio Juninyo 2025-ci ilə İspaniyada başlamaq fikrində israrlıdır.

Braziliyalı hücumçu bu arzusunu «Qarabağ» funksionerləri ilə son görüşündə bir daha dilə gətirib.

«Sambaçı» La Liqada oynamaq xəyalını gerçəkləşdirmək üçün əla fürsət yaxaladığını, «Sevilya»nın təklifini qəbul etdiyini bildirib.

«Bu imkan bir daha mənim əlimə düşməyəcək. Şansı dəyərləndirmək istəyirəm.

Artıq ağlımda yalnız «Sevilya» var. Düzü, heç vaxt təsəvvür etməzlim ki, mən bir gün İspaniyanın hansısa böyük klubundan dəvət alaram.

«Sevilya»nın təklifi barədə gecə-gündüz düşünürəm. Hətta yuxuda da oranı görürəm» - «sambaçı» söyləyib.

Cənubi amerikalı legioerin «köhlən atlar»la müqaviləsi 2026-cı ilin yayınadək qüvvədədir.

«Qarabağ»la «Sevilya» arasında danışıqlar hələlik davam etməkdədir. «Köhlən atlar» indiyədək qarşı tərəfdən aldığı təkliflərə «yox» cavabı verib.

Belə ki. ispanlar prosesin başında 2 milyon avro ödəməyə hazır olduğunu bildirib, sonra bu rəqəmi 3-3,5 milyon avroya qaldırıb.

Ağdam klubu nə qədər təzminat tələb eləyir? Məbləğ artıq bizə məlumdur, istəyirik ki, sizin də xəbəriniz olsun.

Demək, Azərbaycan çempionu «sambaçı» üçün 10 milyon avro istəyir. Bir daha «Sevilya»nın nəzərinə çatdırılıb ki, Juninyo bu rəqəmdən aşağı satılmayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 20:20 Mahir niyə AĞLAYIB?
17 Aprel 09:00 Qəpik-quruş BAZARI
17 Aprel 03:10 İki komanda pley-offda!
17 Aprel 03:00 Daha birini yaratdılar