Rəhim Sadıxov və Cordan Rezabala ilə vidalaşan «Sumqayıt» Elvin Bədəlovu da satmağı qərara alıb.
2018-ci ildən «kimyaçılar»ın formasını geyinən və kapitanlıq sarğısına layiq görülən müdafiəçiyə qoyulan qiymət bəllidir.
«Gənclik şəhəri» təmsilçisi 29 yaşlı liderinə görə «Qarabağ»dan 100 min dollar təzminat istəyib.
Klubla müqaviləsi ilyarımdan sonra bitəcək Elvinin «köhlən atlar»ın sıralarına qoşulub-qoşulmayacağı qarşıdakı günlərdə dəqiqləşəcək.çünki sumqayıtlıların qiymət məsələsində qarşı tərəfə bir qədər güzəştə getməsi gözlənilir.
«Qarabağ» da elə bunu istəyir. Çünki Qurban Qurbanovun yeni stoperə təcili ehtiyacı
var. Axı Kevin Medina, Bəhlul Mustafazadə və Bədavi Hüseynov hazırda zədəlidir, baş məşqçnin ixtiyarında başqa mərkəz müdafiəçisi qalmayıb.
"Zenit"in yetirməsi olan Elvin daha əvvəl "Sabah" və "Neftçi"nin formasını da geyinib. O, Azərbaycan millisində 9 matç keçirib.
SPORTİNFO.AZ