"Kadi Borgesinin hazırda "Ferentsvaroş"da işləri yaxşı gedir. Onun indiki vaxtda "Qarabağ"a qaydışı asan görünmür".
Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında "Ferentsvaroş"un vingeri Kadi Borgesin meneceri Helsio Alisk deyib.
Braziliyalı menecer Kadinin "Qarabağ"a qayıtmaq ehtimalından danışıb. Bununla yanaşı, braziliyalı yarımmüdafiəçinin Azərbaycanı çox sevdiyini dilə gətirib:
"Gələcəklə bağlı bir şey deyə bilmərəm. Amma onu deyə bilərəm ki, həm Kadi, həm də həyat yoldaşı Bakını, "Qarabağ"ı çox sevir.
Bəlkə də bir gün Kadi "Qarabağ"a geri qayıdacaq. Amma hazırda o, Budapeştdə, "Ferentsvaroş"da özünü xoşbəxt hiss edir.
Çünki həm klub, həm də şəhər yuxarı səviyyədədir".
28 yaşlı futbolçunun “Ferentsvaroş”la müqavilə 2027-ci il iyunun 30-na qədərdir. Kadi 2021-2023-cü illərdə “Qarabağ”da oynayıb.