“Şamaxı”nın iizə bu cür çətinlik yaradacağını gözləyirdim“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qarabağ»ın qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.
O, Premyer Liqanın 3-cü turundan təxirə salınmış matçda “Şamaxı“ya 1:0 hesabıyla qalib gəlmələrindən danışıb.
Əslən dağıstanlı kiper 90+4-cü dəqiqədə Musa Qurbanlının vurduğu qollarla 3 xal qazanmalarını bu cür qiymətləndirib:
“Şamaxı” bərk komandadır. Üstəlik, öz meydanında inamlı təsir bağışlayır.
Oyunun əvvəlində onların qapısına yol tapa bilməsən, sonra çətin olur. Bu dəfə necə oyun getdiyini hamı gördü.
Yaxşı ki, son saniyələrdə Mussa topu qapıdan keçirdi.
Premyer Liqada hər rəqibi qiymətləndirmək lazımdır. Burada zəif komanda yoxdur”.