“Araz-Naxçıvan” cari mövsümdəki çıxışları ilə futbol ictimaiyyətini yaxşı mənada təəccübləndirməyi bacarıb.
Ötən il aşağı dəstədən Premyer Liqaya yüksələn Muxtar Respublika təmsilçisi indi çempionluq mübarizəsində “Qarabağ”a “əlcək atır”.
Əksəriyyətin fikrincə Elmar Baxşıyev mübariz komanda formalaşdırıb ki, komandası çempionatın sonuina qədər ağdamlılara rahat nəfəs almaq imkanı verməyəcək.
Bəziləri isə “Araz-Naxçıvan”ın çıxışını keçici külək effekti adlandırır.
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Sportinfo.az-a açıqlamasında Premyer Liqadakı əsas rəqibin çıxışını dəyərləndirib:
“Araz-Naxçıvan”a həqiqətən halal olsun! Öz oyunu və nəticələri ilə çempionata rəng qatmağı bacarıb.
Külək effekti olsaydı, 15 oyun məğlubiyyətsiz irəliləməzdilər. 15 oyun kifayət qədər ciddi rəqəmdir.
“Araz”ı çempionatda “Qarabağ”a layiqli rəqib hesab edirəm. Rəqiblərin xal fərqində bir-birinə yaxın olduğu çempionatda “Araz”ın göstərdiyi nəticələr ağlasığmazdır.
Elmar Baxşıyevə halal olsun, çox böyük işlər görməkdədir”.
HƏBİB