“Sevilya”nın baş məşqçisi Xavyer Qarsia “Qarabağ”ın hücumçusu Juninyonu transfer etmək ehtimalına aydınlıq gətirib..
Sportinfo.az “Marca”ya istinadən xəbər verir ki, Əndəlusiya klubunun çalışdırıcısı braziliyalı forvardın mümkün keçidini bu cür şərh edib:
“Juninyo? Bu futbolçu, bildiyim qədərilə çoxlu qollar vurur. Onun klubu ilə qüvvədə olan müqaviləsi var.
Hələ çox vacib çempionat matçımız qalıb. Sonra tətilə gedəcəyik.
Heyəti dəyərləndirmək üçün tam bir ay vaxtımız olacaq.
Bizim gücləndirmək istədiyimiz bir mövqe var. O da komandaya ampluaca hücumçu gətirməkdir“.