COP29

Qurban Qurbanov: “Dedi ki, oradan təklif aldıqdan sonra yata bilmirdim”

02:00 Qarabağ 155
Qurban Qurbanov: “Dedi ki, oradan təklif aldıqdan sonra yata bilmirdim”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Olavia Juninyonun “Sevilya”dan təklif alması barədə danışıb.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis braziliyalı forvardın transfer söhbətinə görə az yatdığını bildirib.

Q.Qurbanov buna görə onu meydana buraxmadığını sözlərinə əlavə edib:

“Juninyo dedi ki, neçə gündür transfer söhbətlərinə görə az yatıram, oyuna hazır deyiləm. Ona səmimiliyinə görə təşəkkür etdim”.

Baş məşqçi onun gedişi ilə bağlı isə bunları deyib:

“Komandadan gedən hər oyunçu mənim üçün problem yaradır. Çünki yeni gələnlərin uyğunlaşması vaxt tələb edir.

Bu, işimə mane olur. Amma “Sevilya” kimi klubdan rəsmi təklifin gəlməsi xoşdur.

Klubla danışıqlar gedir. Burada klubun da marağı olmalıdır.

Artıq Avropa bazarına çıxmışıq. “Böyük beşlik” ölkələrindən təklif gəlməsi irəliyə doğru addımdır.

Bundan sonra bizə, çempionatımıza diqqət çox olacaq. Azərbaycan futbolunun Avropa bazarında olması ölkə futbolu üçün böyük addımdır. Biz buna hazır olmalıyıq.”

Çalışdırıcı futbolçunun fikirlərini də çatdırıb:

“Özünün də istəyi var. Başqa çempionatlardan təklif gələndə Juninyonun özünün çox da marağı olmurdu.

İndi deyir ki, təklif gələndən sonra sevincimdən yata bilmirdim. Futbolçu getmək istəyir. Bildirib ki, klub anlaşsa, sevə-sevə gedərəm”.

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi
21 Dekabr 03:40 Komitədə yeni təyinatlar