"Qurban Qurbanov Türkiyə klublarından təklif alsa da, qəbul etməyib".
Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın direktoru Emrah Çelikel "beIN SPORTS"un saytına açıqlamasında deyib.
Klub rəsmisi Qurban Qurbanovun qardaş ölkə Türkiyədən təkliflər aldığını söyləyib:
"Qurban Qurbanov Türkiyə klublarından təklif alsa da, qəbul etməyib. O, komandamızda qalmağı məqbul hesab edib.
"Qarabağ”ın güclü mənəvi ruhu var. Baş məşqçimiz Vətəninə, bayrağına çox bağlıdır.
"Qarabağ" uzun illərdir onun rəhbərliyi altında çıxış edir. Ayrılıqla bağlı məsələ müzakirə mövzusu olmayıb.
Təbii ki, bəzi Avropa klubları da bəzən dəvətlər göndərirdi. Lakin Qurban Qurbanov öz qəti cavabını verib".