«Transfer söz-söhbətləri həmişə var, ancaq rəsmiyyətdən danışırıqsa, ikinci bir futbolçumuza təklif gəlmədiyini deməliyəm».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qarabağ»ın direktoru Əmrah Çəlikəl deyib.
Ağdam klubunun aparıcı şəxsi hazırda Juninyodan savayı heç bir yerli və əcnəbi oyunçularına görə ölkə xaricindən dəvət almadıqlarını söyləyib.
Uzun illərdir görəvinin başında olan təcrübəli funksioner aşağıdakıları söyləyib:
«Bir tək «Sevilya»dan təklif almışıq. O biri oyunçularımıza görə bizə gələn başqa təklifdən danışa bilmərəm.
Çünki ortada heç nə yoxdur. Mətbuatda tez-tez bu haqda xəbərlər çıxır.
Biz bunları eşidirik, oxuyuruq, amma əlimizə gələn təklif olmayınca, danışmamaq daha yaxşıdır.
Doğrusu, yayda demək olar bütün futbolçularımıza dəvətlər var idi.
Komandanı qorumaq üçün mühüm addımlar atdıq. Futbolçular da «Qarabağ»ın uğuru naminə bizə anlayış göstərdi».