"Qarabağ"ın direktoru Emrah Çelikel Türkiyənin "Beinsports" kanalına müsahibəsində "Sevilya"nın Juninyonu transfer etmək istəməsi haqda danışıb.
Sportinfo.az xəbər verir ki, klub rəsmisi danışıqların davam edəcəyini bildirib:
"Juninyoya rəsmi təklif göndərilib. Danışıqların ilkin mərhələsində razılığa gələ bilmədik. Lakin danışıqların davamı olacaq.
"Sevilya" həqiqətən bu transferi həyata keçirmək istəyirsə, bizim də maraqlarımızı nəzərə almalıdır.
Qış fasiləsində Juninyo kimi forvard tapmaq asan olmaz. Lakin istəyərdik ki, Azərbaycandan hansısa futbolçu La Liqada çıxış etsin".