Xəbər verdiyimiz kimi, 2024-cü il üzrə FİFA-nın "Ferens Puşkaş" mükafatının qalibi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu, qalib “Mançester Yunayted”in argentinalı hücumçusu Alehandro Qarnaço olub. O, 26 səs toplayıb.
Qarnaço İngiltərə Premyer Liqasının 2023/24 mövsümündə 13-cü turun “Everton”la matçında vurduğu qol 2024-cü ilin ən yaxşı qolu seçilib.
"Puşkaş" mükafatına "Qarabağ"ın futbolçusu Yassin Benzia da namizəd göstərilmişdi.
Onun Əlcəzair millisinin heyətində bu ilin martın ayının 26-da Cənubi Afrikanın qapısına akrobatik tullanışla vurduğu gözəl qol ən yaxşılar sırasında yer almışdı.
Benzia siyahıda 11 futbolçu arasında ikinci yeri olub. O, 22 xal toplayıb və Qarnaçodan cəmi 4 xal geridə qalıb. Üçüncü yeri isə 16 xalla Denis Omedi tutub.