COP29

Juninyo "Sevilya”ya razılıq verdi, ancaq… Söhbətin içindən baxın kim çıxdı!

09:40 Qarabağ 1 244
Juninyo "Sevilya”ya razılıq verdi, ancaq… Söhbətin içindən baxın kim çıxdı!

"Sevilya”ın “Qarabağ”ın hücumçusu Olavio Juninyo ilə maraqlanması gündəmi zəbt edən xəbərlərin başında gəlir.

Bu haqda öncə İspaniyanın eldesmarque.com saytı məlumat yayıb.

Bildirilir ki, La Liqa təmsilçisi Keleçi İxeanaçoya əvəzləyici tapmaq üçün fəaliyyətə başlayıb. Buna səbəb nigeriyalı forvardın ümidləri doğrultmamasıdır.

Onun alğernativi kimi məhz Juninyo seçilib. “Kope Sevilya”nın yazdığına görə, klubun idman direktoru Viktor Orta adıçəklən «sambaçı»nı hücum xəttini gücləndirəcək biri kimi görür.

Yerli həmkarlarımızın yazdığına görə, o, mümkün transferi baş məşqçi Xavyer Qarsiya Pimiento ilə razılaşdırılmalıdır.

Həmçinin qeyd edilir ki, “Qarabağ” 2026-cı ilin yayında müqaviləsi başa çatacaq braziliyalını buraxmaq fikrində deyil. Bildirilir ki, transfermarkt saytının dəyərləndirməsinə görə, Juninyonun qiyməti 2 milyon avrodur.

Bu isə maliyyə problemləri olan “Sevilya” üçün uyğun rəqəmdir. Amma əgər İxeanaço klubdan gedərsə, “Sevilya” Juninyonun transferinin baş tutması üçün məbləği artıra da bilər.

“AS” nəşrinin “Zona Mixta”ya istinadən yaydığı xəbərə görə isə “Sevilya”nın baş məşqçisi Juninyonu keçidinə razılıq verib.

Bununla belə, nəşr yazıb ki, “Qarabağ”la razılığa gəlmək çətin olacaq. Həmçinin bu transfer üçün 5 milyon avro təzminat tələb ediləcəyi də iddia edilib.

Əndəlus təmsilçisi 28 yaşlı forvardı yanvar ayında heyətinə qatmağı planlaşdırır. İspaniya klubunun Jubinyon ilə təmas qurduğu və futbolçunun razılığını aldığı bildirilir.

"Qarabağ" Juninyonu ötən ilin yayında "Şaves"dan (Portuqaliya) ktransfer edib. "Sambaçı" bu mövsüm meydana çıxdığı 25 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Ağdam klubunun direktoru Emrah Çelikel “Sevilya”dan rəsmi təklif aldıqlarını söyləyib:

“Sevilya” kimi tarixi və böyük uğurları olan bir klubun futbolçumuza görə “Qarabağ”a müraciət etməsi həm klubumuza, həm də Azərbaycana olan hörmətin göstəricisidir.

İspan klubunun bu isti münasibəti bizi yalnız məmnun edə bilər. Eyni zamanda onu da qeyd etməliyik ki, Juninyo da “Qarabağ” üçün vacib futbolçudur.

Son illər komandamızın uğurlarında o, böyük pay sahibi olub”.

Emrah Çelikel “Sevilya” tərəfindən təklif olunan təzminat məbləği ilə bağlı “Qarabağ”ın mövqeyini açıqlayıb:

“Əvvəla qış fasiləsi zamanı futbolçu tapmaq hər bir klub, o cümlədən bizim üçün çətin olur.

“Sevilya”ya göndərdiyimiz rəsmi cavabda onlara futbolçumuza göstərdikləri maraqları üçün təşəkkürümüzü bildirməklə yanaşı qarşı tərəfdən təklif olunan məbləğin klubumuzun tələbinə cavab vermədiyini də qeyd etmişik”.

Juninyonun "Qarabağ"la müqaviləsi 2026-cı ilin yayında başa çatır. Bizdə olan məlumata görə, "Sevilya" cənubi amerikalı legioneri 10 aydır diqqət mərkəzində saxlayır.

"Sambaçı" ötən mövsüm Avropa Liqasının 1/8 final mərhələsində "Bayer"lə keçirilən oyunlarda vurduğu iki qolla onların marağını çəkib.

Əndəlüslülər daha sonra Juninyonun meneceri ilə təmas qurub, şərtlərlə maraqlanıb. Səbəbkarın özü bu çağırışa qətiyyən biganə qalmayıb.

Agentinə İspaniyaya köçmək istədiyini bildirib. O, bu məqsədlə Qurban Qurbanovla təkbətək görüş keçirib, niyyəti barədə məlumat verib.

Lakin baş məşqçi braziliyalını ayrılmaq niyyətindən döndərə bilib. Təcrübəli çalışdırıcı «Qarabağ»ın ona ehtiyacının olduğunu deyib, müqavilə müddətinin davam etdiyini xatırladıb.

Bu söhbətin üstündən «köhlən ailar» Juninyonun sözləşməsini yeniləyib: həm vaxtı uzadılıb, həm də maaşı 15-20 faiz artırılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Dekabr 20:40 Sizə soyuq deyil? - VİDEO