COP29

Bunadək yalnız “Neftçi”... “Qarabağ” onu qarabaqara izləyir

00:50 Qarabağ 88
Bunadək yalnız “Neftçi”... “Qarabağ” onu qarabaqara izləyir

“Qarabağ” Azərbaycan çempionatlarında 900-cü ev qolunu vurub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın 17-ci turuna təsadüf edib.

“Sumqayıt”la görüşdə vurulan sonuncu top yubiley xarakteri daşıyıb. “Qarabağ”ın öz meydanındakı 900-cü qoluna Toral Bayramov imza atıb.

Ağdam klubu “900”ə 464-cü ev matçında çatıb. “Qarabağ” öz meydanında 900 və daha çox qol vuran ikinci komanda olub.

Bunadək yalnız “Neftçi” öz meydanında bu qədər qola imza atıb.

“Qarabağ”ın ilk ev qolunu 1992-ci il mayın 3-də Sabirabad “İnşaatçı”sı ilə matçda Mehman Alışanov vurub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Dekabr 20:40 Sizə soyuq deyil? - VİDEO