“Qarabağ”ın futbolçusu Olavio Juninyo karyerasını İspaniyada davam etdirə bilər.
Bu barədə məlumatı İspaniya mətbuatı yayıb.
Xəbərdə braziliyalı hücumçunun xidmətində “Sevilya”nın maraqlı olduğu yazılıb.
Həmşinin La Liqa təmsilçisinin baş məşqçisi Xavyer Qarsia Pimentenin onun keçidini istədiyi və “Sevilya”nın Juninyoya rəsmi təklif göndərdiyi də qeyd olunub.
Məsələ ilə bağlı Sportinfo.az-a açıqlama verən Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev yayılan iddianı təkzib edib:
"Sevilya"dan Juninyo ilə bağlı nə rəsmi, nə də qeyri-rəsmi olaraq bizə müraciət daxil olmayıb.
Bu barədə informasiyanı biz də mətbuatdan oxumuşuq".
"Qarabağ" Juninyonu ötən ilin yayında Portuqaliyanın "Şaves" klubundan transfer edib. "Sambaçı" bu mövsüm Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Juninyonun "Qarabağ"la müqaviləsinin müddəti 2026-cı ilin yaşınadək qüvvədədir.
XANOĞLAN