COP29

“Qarabağ”da böhranlı vəziyyət yarandı – Daha mərkəz müdafiəçisi qalmadı

00:40 Qarabağ 89
“Qarabağ”da böhranlı vəziyyət yarandı – Daha mərkəz müdafiəçisi qalmadı

“Qarabağ”ın daha bir mərkəz müdafiəçisi zədə alıb.

Sportinfo.az xəbər verir ki, hadisə “Sumqayıt”a qarşı keçirilən Premyer Liqanın 17-ci turunun oyununda baş verib.

Görüşün 27-ci dəqiqəsində Ağdam klubunun kapitanı və mərkəz müdafiəçisi Bədavi Hüseynov zədələnib. Əzələsini dartan 33 yaşlı futbolçu məcburi əvəzlənib. Onun yerinə meydana Elvin Cəfərquliyev daxil olub.

Bundan sonra “Qarabağ”da mərkəz müdafiəçisi qismində əslində doğma mövqeyi cinah müdafiəsi olan Mateus Silva ilə Toral Bayramov oynamağa başlayıb.

Daha əvvəlki matçlarda “Qarabağ”da əsas komandanın digər iki mərkəz müdafiəçisi - Kevin Medina ilə Bəhlul Mustafazadə də zədə almış və uzun müddətə sıradan çıxmışdı.

Bədavi zədəlilər sırasına qoşulan Ağdam klubun sonuncu mərkəz müdafiəçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
16 Dekabr 17:20 Rəşad və "Qarabağ"...