Premyer Liqanın 17-ci turu "Qarabağ" - "Sumqayıt" görüşü ilə yekunlaşacaq.
Lider "Araz-Naxçıvan"ın məğlubiyyəti fonunda "köhlən atlar" "Şamaxı" ilə ehtiyatdakı matçı gözləmədən birinci pilləyə yüksələ bilər.
Bunun üçün "kimyaçılar"ı məğlub etmək şərtdir.
Amma Vaqif Cavadovun gəlişindən sonra yüksəlişə keçən qonaqlar güclü rəqibi önünə əl-qolunu yanına salaraq çıxmaq fikrində deyil.
Bunu Sportinfo.az-a açıqlamasında "Gənclik şəhəri" təmsilçisinin yarımmüdafiəçisi Roi Kehat dilə gətirib:
"Aydındır ki, “Qarabağ” oyunun favoritidir. Onlar çempionatın ən yaxşı komandasıdır. Amma meydana xallar qazanmaq üçün çıxacağıq. Bunun mümkün olduğunu əvvəl sübut etmişik.
Çox böyük motivasiyamız var. Meydandan yaxşı nəticə ilə ayrılmaq üçün ən yaxşı oyunumuzu göstərməliyik".
XANOĞLAN