COP29

Qurban Qurbanov: “Fikirləşməyin ki, biz uğurdan doymuşuq, tənbəlləşmişik”

14:25 Qarabağ 168
Qurban Qurbanov: “Fikirləşməyin ki, biz uğurdan doymuşuq, tənbəlləşmişik”

“Hər bir uğurdan sonra məsuliyyətim daha da artır, növbəti ilə daha istəkli başlamaq, uğurlu nəticə istəyirəm”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov deyib.

Azərbaycanda ilin ən yaxşı baş məşqçisi seçilən mütəxəssis bunları söyləyib:

“Əfsuslar olsun ki, bəzən bizim düşündüyümüz kimi alınmır. Planlaşdırmadığımız epizodlarla üzləşirik.

Vacib oyunlarda qırmızı vərəqələr, vacib oyunlardan öncə əsas oyunçuların zədəli olması... Mənim üçün məşq prosesi çox vacibdir.

“Qarabağ”a sevginin azalmasını istəmirəm. Azarkeşlər bəzən bizdən daha çox şey gözləyirlər. Amma bəzən bəzi nüanslar buna mane olur.

Fikirləşməyin ki, biz tənbəlləşmişik, uğurdan doymuşuq. Hər şeyi gözəl başa düşürük. Mən və klub üçün çətindir”.

Digər Xəbərlər
Xəbər Lenti
14 Dekabr 19:30 "Məğlubiyyətlər olacaq"