"Qarabağ" Avropa Liqasının əsas mərhələsində növbəti məğlubiyyətini İsveçdə aldı.
"Elfsborq"un qonağı olan son çempionumuz 90 dəqiqənin sonunda 0:1 hesablı məğlubiyyətə üzüldü.
"Köhlən atlar" xalsız ayrıldığı qarşılaşmada heç də pis çıxış etmədi.
Təbii ki, komanda şəkilində. Amma fərdi olaraq oyunçuları incələyəsi olsaq, şübhəsiz ki, ən zəif bəndin Aleksey Kaşuk olduğunu deməliyik.
Son dönəmlər Premyer Liqa matçlarında köhnə günlərə qayıdışın mesajını verən vingerdən İsveçdə gözləntilər böyük idi.
Amma ukraynalı ona bəslənən ümidləri puç etdi.
O, meydanda olduğu 66 dəqiqədə həm komanda yoldaşlarının, həm də ekran başında əyləşən izləyicilərin əsəblərini tarıma çəkməklə yadda qaldı.
Gah top gerisinə düşdü, gah da əks tərəfinə.
Uğursuz keçidləri, xətalı ötürmələri də öz yerində.
Potensialına bələd olmasaq "Əşşi bunu hardan tapıb "Qarabağ"a gətiriblər" - deyərdik.
O qədər bərbad yəni.
Bəlkə də oyunun gedişində əksəriyyət bunun fərqinə varmayıb.
Amma sizə təqdim edəcəyimiz videoda hər şey hər kəsə çılpaqlığı ilə aydın olacaq.
XANOĞLAN/ SPORTİNFO.AZ
Aşağıdakı linkə daxil olaraq videonu izləyə bilərsiniz: