AFFA İntizam Komitəsi “Qarabağ”ın U-17 komandasının baş məşqçisi Rəşad Sadiqovu cəzalandırıb.
Sportinfo.az xəbər verir ki, buna səbəb millinin sabiq futbolçusunun U-17 Liqasında “Sabah”la oyundakı davranışı olub.
Sadiqov qarşılaşmanın 57-ci dəqiqəsində hakimləri və federasiyanı təhqir edib və qırmızı vərəqə alıb. İntizam Komitəsi çalışdırıcıya 5 oyunluq cəza kəsib.