Bu gün hər şey “Elfsborq”un xeyrinə işləyəcək.
* Tribunalardan azarkeş dəstəyini hiss edəcəklər.
* Özlərinə doğma olan süni örtükdə oynayacaqlar.
* Skandinaviyaya xas hava şəraitindən yararlanacaqlar.
* “Qarabağ” kimi 7 saatlıqdan uçuşdan sonra meydana çıxmayacaqlar.
* “Qarabağ”dakı qədər ciddi itkiləri yoxdur.
Yəni bunlar “Qarabağ”ın ziyanına işləyən və hər kəsin bildiyi çətinliklərdir “köhlən atlar” üçün.
Bəs, İsveçdən xal və ya xallarla qayıtmaq üçün nə etmək lazımdır?
Bunun resepti Qurban Qurbanovun cibindədir.
Noyabrın 7-də “Budyo Qlimt”lə səfərdən əvvəl nə düşünürdük? Eyni çətinliklər altında “Qarabağ” Norveçdə heç nə edə bilməyəcək, rəqib öz evində xoş təsir bağışlayır, Skandinaviya şaxtası və sair. Düzdür?
Ağdamlılar ardıcıl 3 məğlubiyyətdən sonra toparlanmağı bacardı. Meydanda can qoyan futbolçular qaydasız döyüşçülər kimi döyüşdülər, lazım olan qolları vurdular və vətənə qələbə ilə qayıtdılar.
İndiki vəziyyətdə də taktiki-texniki hazırlığı kənara qoymaq lazımdır. Bütüm amillər “Elfsborq”un xeyrinə işləyirsə, onları məğlub etmək üçün bir yol var – turnir cədvəlindəki vəziyyəti düşünmədən “Qarabağ”ın adına görə meydanda can qoymaq.
Məşqçi və futbolçui heyəti bunun nə olduğunu çoxdan bilir.
Bu gecə “Buros Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ