"Qarabağ” evdə İsveçin digər təmsilçisj “Malmö”yə uduzdu (1:2).
Sonra isə onlar Norveçin şimalına yolllanaraq orada “Budo-Qlimt”i məğlubiyyətə uğratdılar”.
Sportinfo.az xəbər verir ki, fikirlər İsveçin “Aftonbladet” nəşrində dərc olunan yazıdan götürülüb.
Yazı bu gün Avropa Liqasının 6-cı turu çərçivəsində keçiriləcək “Elfsborq” (İsveç) - “Qarabağ” (Azərbaycan) matçına həsr olunub.
Yazıda bildirilir:
“Elfsborq” kimi hazırda qonaqlar da pley-off zonasından kənardadırlar. Ona görə də onlar Burosda xal qazanmağa şad olacaqlar.
Yeganə sual odur ki, “Qarabağ” süni örtüklü meydanşada və sıfır temperaturun olacağı şəraitdə necə oynayacaq?”
Nəşr “Qarabağ”ın hücum xəttinə diqqət çəkir və ondan ehtiyatla bəhs edir:
“Rəqibin heyətində çoxlu texnikalı oyunçu var. Juninyo, Zubir, Benziya “Elfsborq”un ölkə çempionatında oynamağa adət etmədiyi futbolçulardandır.
Leandro Andrade isə komandanın başqa bir hücum fiqurlarındandır. Bu oyunçularla qarşı çıxış etmək “sarı-qaralar” üçün çətin ola bilər” - deyə bildirilir.
Yazıda həmçinin “Elfsborq”un Avroliqada evdə uğurlu çıxışına da toxunulub:
“Elfsborq” həqiqətən evdə ən azı nəticələri ilə təəccübləndirir. “Roma” üzərində qələbə (1:0), “Braqa” ilə heç-heçə (1:1) çox şey deyir.
Bununla belə, hər iki qarşılaşmada İsveç təmsilçisi yaradılan şanslar baxımından layiq olduğundan daha çox qol vurdu.
Buhari, Baidu və ən əsası qapıçı İsak Petersson kimi oyunçular əllərindən gələni etməlidirlər ki, “Elfsborq” qalib gəlsin”.