"Çətin olsa da, "Qarabağ" qalib gələcək gücdədir.
Sadəcə, rəqibləri çaşdıran və matç içərisində müəyyən bölümlərdə oyun planındakı dəyişikliklərlə "Elfsborq" bir anda onlara çətinlik yarada bilər.
Topsuz oyunda iştirak da bunlardan biridir. Topu rəqibə verib, 8 nəfərlə müdafiəyə çəkilsələr də, ani çıxışlarda cinahlardan təhlükə yaradırlar.
"Qarabağ" ancaq basqıyla oyunu meydanın rəqibə aid hissəsinə keçirməyə cəhd göstərməli və epizodlardan maksimum yararlanmalıdır. Kevin Medinanın yoxluğunda geri dönən topları qazanmaq çətin olacaq".
Bu təhlil “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Avropa Liqasının Liqa mərhələsində 6-cı tur çərçivəsində İsveçdə keçiriləcək "Elfsborq" - "Qarabağ" qarşılaşması barədə danışıb.
Komandaların oyun planları üzərindən dəyərləndirmə edən Elçin Cəfərov "Qarabağ"ın səviyyəcə üstün olduğunu, ancaq müdafiədəki problemlərin ciddi narahatlıq doğura biləcəyini diqqətə çatdırıb:
"İlk qolu birinci vurmaq çox vacibdir. Çünki hesabda geri düşdükdən sonra müdafiə olunmaqları yaxşıdır.
Ümid edir və inanırıq ki, düşündüyümüz kimi olarsa, "Qarabağ" İsveç komandaları üzərindəki hegemoniyanı bu qarşılaşmada da davam etdirəcək.
Asanmı olacaq ? Xeyr. Amma sona qədər oyundan qopmamaq lazımdır".
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN