“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında “Elfsborq”a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis təşkil olunan mətbuat konfransında bildirib:
“Hər iki komanda üçün vacib oyundur. Görünür ki, sabah bizə çox güc sərf etmək lazım olacaq.
Səliqəli oynamalıyıq. Çalışırıq ki, Bakıya sərfəli nəticə ilə qayıdaq.
Tam olmasa da, ümumən oyun hazırıq. Üç xal qazanmaq gücündəyik.
Sadəcə, futbol elə bir səviyyəyə gəlib ki, istənilən komanda istənilən rəqibdən üç xal ala bilir.
Düşüncələrimiz tam həyata keçərsə, biz bu komandaya qalib gəlmək gücündəyik. Baxmayaraq ki, qarşımızda çox intimzalı kollektiv var.
Kevin Medina, Bəhlul Mustafazadə sabahkı matçda olmayacaq. Digər mikrozədələri olan futbolçularla bağlı həkimlərlə məsləhətləşdikdən sonra qərar verəcəyik”.
Avroliqanın Liqa mərhələsinin 6-cı turunun “Elfsborq” – “Qarabağ” oyunu dekabrın 12-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.