Vaqif Cavadovun "Sumqayıt"da işləri pis getmir.
"Kimyaçılar" onun rəhbərliyi altında meydana çıxdığı 7 matçda 4 qələbə qazana bilib.
Qarşıda isə gənc mütəxəssisi daha ağır sınaq gözləyir.
"Gənclik şəhəri" Premyer Liqanın 17-ci turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq.
Komandanın müdafiəçisi Miloş Miloviç "köhlən atlar"la qarşılaşmadan öncə çox iddialı danışıb.
O, hansı rəqiblə oynadıqlarının fərqinə vardığını bildirsə də, davamında öz iddialarını ortaya qoyacaqlarını da sözlərinə əlavə edib:
"Avropa liqasında heyrətamiz işlər görməyə başlayandan bəri mən “Qarabağ”ı sakitcə izləyirəm. Çox əla kollektiv formalaşdıra biliblər.
“Qarabağ” kimi kluba qarşı bu cür oyunlar bizə çox şey verə bilər.
Məncə, bu cür oyunlardan həzz almalıyıq.
Onlara hörmət edirik, amma bizə də gücümüzü göstərəcəyik".
XANOĞLAN/ SPORTİNFO.AZ