“İndi elə vəziyyətdəyik ki, Avropa Liqasında hər növbəti oyunu udmalıyıq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Mateuş Koxalski deyib.
Polşalı kiper Avropa Liqasının 6-cı turu çərçivəsində dekabrın 12-də səfərdə “Elfsborq”a qarşı keçirəcəkləri matçda qələbə üçün meydana çıxacaqlarını söyləyib:
“Bu turnirdə yolumuza davam etmək, növbəti mərhələyə adlamaq istəyirik. Ona görə də hər matçda 3 xal bizim üçün çox vacibdir.
“Elfsborq”la görüş də istisna təşkil etmir. Rəqib hər nə qədər güclü olsa da, məqsədimiz səfərdə qələbə qazanmaqdır”.