"Qarabağ" bu həftə Avropa Liqasının əsas mərhələsində növbəti matçına çıxacaq.
Rəqib "Elfsborq"dur.
İlk 5 matçdan sonra aktivində cəmi 3 xalı olan "köhlən atlar"dan bu görüşdə gözləntilər böyükdür.
Komandamızın qrup mərhələsində qələbə qazanması üçün ən münasib rəqib kimi məhz isveçlilər göstərilir.
Görəsən, Qurban Qurbanovun kollektivi İsveç səfərindən hava-su kimi vacib qalibiyyətlə geri dönə biləcəkmi?
Sualımıza cavabında komandanın veteran müdafiəçisi, futbol mütəxəssisi Azər Məmmədov çox inamlı danışıb:
"Qarabağ" çox vacib səfərə yollanıb. Çünki bu oyun növbəti mərhələyə adlamaq yolunda önəmlidir.
Əgər İsveçdə qələbə qazanmaq mümkün olsa, düşünürəm ki, 90% ilk 24 komanda arasında yerini təmin etmiş olacaq.
Təmsilçimizi çox ağır oyun gözlədiyini deməliyəm. Amma inanıram ki, "Qarabağ" "Elfsborq"u məğlub edə biləcək.
Unutmayaq ki, "Qarabağ" səfər oyunlarında daha yaxşı çıxış edir. Qarşıda 3 görüş qalır.
Rəqiblər arasında qələbə şansımız bu rəqiblə oyunda daha yüksəkdir. İnşallah, sonda 3 xal komandamızın olar".
XANOĞLAN / SPORTİNFO.AZ