COP29

“Qarabağ”ın hücumçusu bəxtindən şikayətləndi: “Az da olsa…”

3 Dekabr 14:20 Qarabağ 362
“Qarabağ”ın hücumçusu bəxtindən şikayətləndi: “Az da olsa…”

"Keyfiyyətli komandaya qarşı oynadıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın hücumçusu Olavio Juninyo Avropa Liqasının əsas mərhələsində Bakıda "Lion"a 1:4 hesabı ilə məğlub olduqları V tur oyunu barədə danışarkən deyib.

Braziliyalı qol epizodlarından yararlanmadığı üçün məyus olduğunu bildirib:

"Burada az da olsa, bəxt amili rol oynadı. "Lion" Fransanın ən yaxşı komandalarından biridir və onlara qarşı layiqli mübarizə apardıq.

Oyunumuzdan razı qaldım. Bu cür matçlarda xırda detallar nəticənin taleyini həll edir.

Ruhdan düşmürük. Qarşıdakı matçlara daha ciddi hazırlaşacağıq".

“Qarabağ” Avropa Liqasında növbəti oyununu dekabrın 12-də səfərdə İsveçin "Elfsborq" komandasına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti