Milli çempionatlarda davam edən ən uzun seriyalar açıqlanıb.
Sportinfo.az xəbər verir ki, siyahıda Azərbaycan klublarına məxsus üç göstərici də yer alıb.
“Qarabağ” iki, “Səbail” bir seriyası ilə “Top-5”ə düşüb. Ağdam klubu qol buraxmamağı ilə öyünür.
Qurban Qurbanovun komandası son 7 matçda qapısını toxunulmaz saxlayıb.
Bu, hazırda dünya klubları arasında ən yaxşı nəticədir. Yalnız Braziliyanın aşağı liqa təmsilçisi “Qoyas” eyni seriya ilə “Qarabağ”a şərikdir.
Azərbaycan çempionu həm də son 5 səfər görüşündə qapısında qol görməyib. Təmsilçimiz bu göstəricidə də “Top-5”dədir.
Premyer Liqanın autsayderi olan “Səbail” ən uğursuz qonaqlar arasındadır. Bakı klubu ardıcıl 11 səfər oyununda uduzub. Paytaxt təmsilçisi bu uğursuzluğu ilə dünyada 4-5-ci yerləri bölüşür.