Premyer Liqanın XV turunda "Neftçi" ilə oyunda zədələnən "Qarabağ"ın legioneri Julio Romao Maqnit Rezonans Tomoqrafiya (MRT) müayinəsindən keçəcək.
Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçinin ayağındakı şiş hələlik çəkilməyib.
Braziliyalı oyunçunun bu səbəbdən sabah MRT müayinəsindən keçəcəyi gözlənilir.
Julio Romao Azərbaycan derbisinin ilk hissəsindən sonra əvəzlənib.
"Qarabağ" səfərdə "Neftçi"ni üç cavabsız qolla üstələyib.