"Qarabağ"ın legioneri Yassin Benzia Fransa mətbuatına açıqlama verib.
Sportinfo.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi "Lion" haqda danışıb.
30 yaşlı ərəb deyib:
"Mən püşkatma mərasimini evdə televizor qarşısında izləyirdim. Fransa klublarının bizə rəqib olmasını istəyirdim.
Bizə "Lion" düşdü. Bu, yaxşı oldu. Yetirməsi olduğun klubla üz-üzə gəlmək xüsusidir.
Mən Tolisso, Lakazett, stüard Jerom Renaud, fizioterapevt Abdel Redissini gördüm ".
Yassin Benzia "Lion"un yetirməsidir. Təcrübəli oyunçu 2012-2015-ci illərdə Fransa təmsilçisinin əsas komandasında çıxış edib.