"Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 5 oyun keçirib.
Sportinfo.az xəbər verir ki, “köhlən atlar”ın 11 futbolçusu bu matçlarda qapıya zərbə endirib.
Juninyonun 9 zərbəsindən 4-ü qapı çərçivəsinə gedib. Yassın Benzia 7, Abdullah Zubirlə Toral Bayramov isə 5 zərbədən 2-sini qapı çərçivəsinə göndərib.
Patrik Andradenin 3 zərbəsindən, Leandro Andrade ilə Elvin Cəfərquliyevin isə 2 zərbəsindən 1-i dəqiq olub.
Emmanuel Addai 3, Abbas Hüseynov, Bəhlul Mustafazadə və Aleksey Kaşşuk 1 zərbədən qapını tapa bilməyiblər.