Premyer Liqanın sonuncu qarşılaşmasında “Neftçi” öz meydanında “Qarabağ”ı qəbul edir.
Sportinfo.az xəbər verir ki, prinsipial duelə maraq gözləniləndən də artıqdır.
Oyunun startına bir saat qalmış arenanın qapıları qarşısında qələbəlik yaşanıb. Stadiona daxil olmaq üçün növbə gözləyən azarkeşlər ciddi yoxlanışdan sonra içəri buraxılıb.
Hakimin start fitinə yarım saat qalmış isə tribunalarda əsl derbi ab-havası müşahidə olunub.
Bir tərəfdə “Qarabağ ordu” ilə “İmarət”, qarşı tribunalarda “Forza Neftçi” möhtəşəm atmosfer yaradıblar.
Bir-birinin ünvanına atmacalı şüarları, heyətlər səsləndirilərkən fit səsləri əvəz edib.
Qonaq azarkeşlərin “hər yer Ağdam, hər yer İmarət” şüarına bakılılar fitlə cavab verib.
Bir sözlə, derbinin gözəlliyi hələ oyun başlamamış start götürüb.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN