"Qarabağ" Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda da məğlubiyyətlə üzləşdi.
Doğma meydanda "Lion"u qəbul edən "atlılar" meydandan ağır yenilgi ayrıldı - 1:4.
5 oyundan sonra aktivində 3 xalı olan təmsilçimizin növbəti mərhələ şansları hələ də qalır.
Bunun üçün "Elfsborq"la qarşıdakı oyunun nəticəsi həlledici sayıla bilər. Çünki növbəti qələbə yolunda ən münasib rəqib məhz elə isveçlilərdir.
Lakin "köhlən atlar"ın bu görüşdə belə qələbə qazanması heç də asan görünmür.
Qurban Qurbanovun kollektivini qarşıda gözləyən ağır qrafik belə düşünməyə ciddi əsas verir.
28 noyabr "Lion"la ağır oyundan çıxan "Qarabağ"ı dekabrın 1-i "Neftçi" ilə derbi gözləyir.
Ardınca 4 dekabr Ölkə Kubokunda "Qəbələ" ilə səfər oyunu var.
7 dekabr Premyer Liqanın iddialı klublarından olan "Sabah"la qarşılaşma da qonaq meydanında keçiriləcək.
Bir sözlə, "Lion"la başlayan sıx oyun cədvəli "Elfsborq"la matça kimi davam edəcək.
Və aradakı 3 görüşün heç birini "Qarabağ" evdə oynamayacaq.
Faktiki futbolçular bu müddətdə 3 gündən bir oyuna çıxmalı olacaq.
Deməli, futbolçuların bir araya gəlib, məşq etmək üçün belə imkanı olmayacaq.
Bu qədər fiziki güc itkisinin üzərinə uzaq İsveç yolçuluğunu da əlavə etsək, "köhlən atlar"ı nələrin gözlədiyini təsəvvür etmək çətin deyil.
XANOĞLAN/ SPORTİNFO.AZ