COP29

“Qarabağ”ın “Bakı dərsi”ndə nələr vardı?

5 Yanvar 22:55 Qarabağ 652
“Qarabağ”ın “Bakı dərsi”ndə nələr vardı?

"Qarabağ" Avropa Liqasında ən məğlubiyyətini "Lion"dan aldı - 1:4.

Qurban Qurbanovun kollektivi pis oyun keçirmədi. Güclü rəqibi oyununda bir çox qol fürsətləri yaxaladı.

Gah dirək, gah qapıçı ağdamlıların qola sevinməsinə mane oldu.

Qonaqlar isə başverənlərdən heç bir panika yaşamadan Bakıdan 3 xalla qayıtdı.

Oyunun bəzi bölümlərində ümumiyyətlə "Qarabağ" oynayan, "Lion" isə qolları sıralayan tərəf oldu.

Bunun tək adı vardı - SƏVİYYƏ!

Hər nə qədər bəxtsizlikdən şikayətlənsək belə.

"Köhlən atlar" qol deyib, reaksiya verdiyimiz epizodları boşa verdisə, "Lion"un futbolçuları hücumun bitdiyini düşündüyümüz epizodlardan qollar vurdular.

Həqiqət hər zaman acı olur. "Lion"nun son çempionumuza evində futbol dərsi keçməsi kimi.

Birinci qoldakı hücumun ahəngi, ikincidə 9-luğa sancılan zərbənin başqa izahı yoxdur.

Əlimiz üzümüzdə boşuna qalmadı. Hamımızı mat edən qonaqların usta futbolçuları idi.

Hələ 4-cü qolu demirəm...

Futbol dərsliyinə salınmalıdır. Ki, "Qarabağ"ın futbolçuları qolu necə vurmaq lazım gəldiyinə təkrar-təkrar baxsın.

Fransa təmsilçisi hələ gücünə qənaət etməklə istədiyini qopara bildi.

Bakıya gətirilməyən, Bakıda ehtiyatda oturan bəzi əsas heyət üzvləri olmadan növbəti parlaq qələbəyə sevindilər.

Məncə, bizim futbol ictimaiyyəti də illüziyalar yaşamaqdan uzaqlaşmalıdır. "Köhlən atlar"dan daha böyük uğurlar ummağın başını buraxmalıdır.

"Qarabağ"ın da gücü, dirənişi bir yerə qədərdir.

Hər dəfə ötənilki "Bayer", "Braqa" matçlarındakı performansı "Qarabağ"dan gözləmək özümüzü aldatmaqdır. Həm də azarkeşə yalan danışmaq.

Maksimumuz qruplara vəsiqə qazanmaqdır. O da "Qarabağ"ın sayəsində.

Qrupdan sonrasına isə dua edək ki, bircə peşmançılıq olmasın.

"Lion"un yaşatdıqları kimi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti