“Qarabağ” Avropa Liqasının Liqa mərhələsində Fransa təmsilçisi “Lion”a məğlub olub.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi V turun oyununda 1:4 hesabı ilə uduzub.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda hesabı 15-ci dəqiqədə qonaqlar açıb. Jorj Mikautadze dəqiq zərbə müəllifi olub.
63-cü dəqiqədə fərq iki topa yüksəlib. Korentin Tolisso toru silkələyib. 68-ci dəqiqədə Malik Fofana meydan sahiblərinin qapısına yol tapıb.
80-ci dəqiqədə Jorj Mikautadze dubl müəllifi olub. Görüşdə yekun hesabı isə Ağdam təmsilçisinin heyətində Juninyo müəyyənləşdirib.
Hücumçu 87-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.