Cüneyt Çakır "Qarabağ"ın oyununa təyinat alıb.
Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, türkiyəli keçmiş referi Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda keçiriləcək "Qarabağ" - "Lion" (Fransa) matçının hakim-inspektoru olacaq.
Görüşün UEFA nümayəndəsi isə yunanıstanlı Aristeidis Stavropulos təyin edilib.
Çakır Gürcüstan Futbol Federasiyasında Hakimlər Komitəsinin sədridir.
Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.