«Qarabağ» 2025-ci ilə 3 yeni legionerlə başlayacaq.
Bu, Qurban Qurbanovun planıdır.
Ağdam klubundan əldə etdiyimiz məlumata görə, baş məşqçi qış fasiləsində bu sayda oyunçunun alınmasını istəyib.
Təcrübəli mütəxəssis rəhbərliklə görüşündə transfer çalışmaları ilə bağlı düşüncələrini dilə gətirib və heyətin gücləndirilməsinin vacibliyi üzərində dayanıb.
Bu əsnada Qurbanovun hansı mövqelərə «əl gəzdirmək» niyyətində olması da müəyyənləşib.
Azərbaycanın ən yaxşı məşqçisi hücum və müdafiə xətləri ilə yanaşı, yarımmüdafiədə yeni nəfəsə gərək duyduğunu söyləyib.
Avrokubok oyunları Qurbanovda belə qənaət yaradıb ki, hazırda düşərgədəki bəzi futbolçular özlərini əvəzolunmaz sayır və daim əsas heyətdə yer alacaqlarına əmindirlər.
O, Juninyo, Yassin Benzia, Julio Romao, Bəhlul Mustafzadə, Leandro Andrade və digərlərinin çıxışından biri elə məmnun deyil. Çalışdırıcı komandayla iclaslarında bununla bağlı mövqeyini aydın şəkildə ifadə edib.
SPORTİNFO.AZ