"Qarabağ"ın müdafiəçi Bədavi Hüseynov üç həftə yaşıl meydanlardan kənarda qalacaq.
Sportinfo.az xəbər verir ki, müdafiəçi topuğundan zədələnib.
Bədavi Hüseynov Azərbaycan yığmasının səfərdə İsveçə 0:6 hesabı ilə uduzduğu Millətlər Liqasının qrup mərhələsinin VI turunun matçında sıradan çıxıb.
Onu 46-cı dəqiqədə Zamiq Əliyev əvəzləyib.