“Qarabağ”ın futbolçuları ilin son ayında nəfəs ala bilməyəcək.
Buna səbəb “köhlən atlar”ın sıx qrafiklə üz-üzə qalmasıdır.
Çempionatın lideri dekabrın 1-dən 22-nə kimi 7 oyun keçirmək məcburiyyətindədir.
Bunlardan 4-ü Premyer Liqanın 15-18-ci turlarını əhatə edəcəksə, dekabrın 19-da 3-cü turdan təxirə salınmış “Şamaxı” – “Qarabağ” dueli baş tutacaq.
Ağdamlılar dekabrda Azərbaycan kuboku çərçivəsində “Qəbələ”ylə üz-üzə gələcək, Avropa Liqasının Liqa mərhələsində “Elfsborq”u qonaq edəcək.
Bu, o deməkdir ki, “Qarabağ”ın futbolçuları gələn ay üç gündənbir qrafikdə mübarizə aparmalı olacaq.
HƏBİB / SPORTİNFO.AZ