COP29

“Qarabağ”ın baş məşqçisi təhqir və təhdid edib - AFFA-dan sərt qərar

19 Noyabr 19:20 Qarabağ 664
“Qarabağ”ın baş məşqçisi təhqir və təhdid edib - AFFA-dan sərt qərar

“Qarabağ”ın 15 yaşadək oğlanlardan ibarət komandasının baş məşqçisi Rauf Əliyev 5 oyunluq cəzalanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin son iclasında qərar qəbul olunub.

Buna mütəxəssisin noyabrın 8-də U-15 Liqasında keçirilən “Turan Tovuz”la matçın 67-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırıldıqdan sonra hakimləri təhqir və təhdid etdiyinə, oyunboyu onların ünvanına təhqiramiz ifadələr səsləndirməyə davam etdiyinə görə 5 oyun cəzalandırılıb.

O, həmçinin müstəsna hal kimi 500 manat cərimə edilib.

Sözügedən oyunda “Qarabağ”ın qaplçlsl Oqtay Mehrəliyev də cəzalandırılıb. O, qarşılaşmanın 80+4-cü dəqiqəsində komanda yoldaşını təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılmasına görə 3 oyunluq diskvalifikasiya olunub.

“Qarabağ”ın azarkeşləri də hakimləri təhqir və təhdid ediblər. Bu hal oyunboyu davam etdiyinə görə komandanın növbəti oyununun azarkeşsiz keçirilməsinə qərar verilib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!
20 Noyabr 01:50 I Liqa, yA TƏHQİRXANA?