2023-cü il yanvarın 24-də «Qarabağ»la müqavilə imzalayan Redon Cica klub rəhbərlyinə müraciət edib.
Albaniyalı hücumçu Azərbaycandan ayrılmaq niyyətindədir.
Onun xahişinin kökündə də bu dayanır - gəlin, kontraktı qarşılıqlı razılıq əsasında pozaq.
«Köhlən atlar»ın «Tirana»dan transfer etdiyi forvard burada heç cür möhkəmlənə bilmir. Əsas heyətdəki yerini çoxdan itirib.
Juninyonun kölgəsində qalan Cica Avropa Liqasının Liqa mərhələsi üçün sifariş olunmayıb.
O, 2026-cı il iyunun 30-na qədər “Qarabağ”a məxsusdur. Albaniyalı vətəninə qayıtmaq fikrindədir.
«Tirana» Cicanı yenidən sıralarına qatmaq fikrindədir. Həmçinin «Partizani» adıçəkilən ön xətt oyunçusunun xidmətində maraqlıdır.
SPORTİNFO.AZ