"Qarabağ"ın pley-off-a çıxmaq üçün kifayət qədər şansı var".
Bu açıqlama telejurnalist Ceyhun Rzayevə məxsusdur.
ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin aparıcısı Ağdam klubunun Avropa Liqasının Liqa mərhələsində şanslarını dəyərləndirib.
O bildirib ki, “köhlan atlar” ilk 4 turda 3 xal toplasa da, qarşıdakı həftələrdə əldə edəcəyi nəticələrlə növbəti etapa vəsiqə qazanmaq imkanına malikdir.
Qurban Qurbanovun çalışdırdığıl komandanın “Tottenhem”, “Malmö” və “Ayaks”la qarşılaşmalarda bəxtsizliklə üzləşdiyini xatırladan Rzayev qeyd edib ki, “Bode Qlimt”lə matçda bunun əksi yaşanıb.
Qurbanovun eyni anda etdiyi əvəzetmələrlə oyunun axarını dəyişdiyini söyləyən aparıcı deyib ki, futbol ilahəsi ən vacib anlarda “Qarabağ”ın dadına yetişib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN