Avropa Liqasının Liqa mərhələsi ekvator xəttinə çatıb.
Sportinfo.az xəbər verir ki, Qurban Qurbanov geridə qalan 4 turda 20 futbolçuya güvənib.
10 nəfər bütün oyunlarda forma geyinib. Ancaq onlardan heç biri 4 matçı əvvəldən axıra qədər oynamayıb.
Meydanda ən çox Olavio Juninyo olub – 350 dəqiqə. Abdullah Zubir 343, Bədavi Hüseynov 293, Yassin Benzia 289, Patrik Andrade 280 dəqiqə meydanda olub.
Ən az oynayan Nəriman Axundzadə və Marko Veşoviç isə cəmi 1 dəqiqə şans qazanıblar.