COP29

“Qarabağ”ın Avroliqada 1/8 final şansı nə qədərdir? - AÇIQLANDI

11 Noyabr 09:20 Qarabağ 8 437
“Qarabağ”ın Avroliqada 1/8 final şansı nə qədərdir? - AÇIQLANDI

Avropa Liqasının Liqa mərhələsinin IV turundan sonra komandaların növbəti raunda yüksəlmək ehtimalları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın da şanslarına aydınlıq gəlib.

İlk dörd turda 3 xal toplayan Qurbanovun yetirmələrinin birbaşa 1/8 finala çıxmaq ehtimalı da var.

Amma bu şans minimal hesab olunur. Bu rəqəm 1 faizə bərabərdir.

Təmsilçimizin pley-off şansı 37 faizdir. “Qarabağ”ın mübarizəni bu mərhələdə dayandırmaq ehtimalı 62 faizlə qiymətləndirilir.

Hazırda ən şanslı komanda “Latsio” sayılır. İtaliya klubu 95 faiz 1/8 finala, 5 faiz pley-offa gedəcək.

1-8-ci yerlərlə 1/8 finala – 1 faiz
9-16-cı yerlərlə pley-offa – 10 faiz
17-24-cü yerlərlə pley-offa – 27 faiz
25-36-cı yerlərlə turnirə vida – 62 faiz

Digər Xəbərlər
Xəbər Lenti