"Qarabağ"ın futbolçuları Toral Bayramov və Marko Yankoviç yubiley matçlarını keçiriblər.
Sportinfo.az xəbər ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Futbolçular 100-cü dəfə komandalarının formasını geyiniblər. Bu, Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən "Bodo Qlimt"lə (2:1) matça təsadüf edib.
Misli Premyer Liqasının 13-cü turunda "Zirə" ilə görüşdən əvvəl Bayramov və Yankoviçə "Qarabağ"ın xatirə forması və diplom təqdim olunub.
Mükafatı "Qarabağ"ın baş direktoru Emrah Çelikel və meneceri Asif Əsgərov verib.