COP29

“Qarabağ”ın bəzi futbolçularında eniş var, bu da bütün komandaya təsir edir"

14 Noyabr 17:00 Qarabağ 882
“Qarabağ”ın bəzi futbolçularında eniş var, bu da bütün komandaya təsir edir"

"Qarabağ"ın veteran müdafiəçisi Vasif Haqverdiyev Sportinfo.az-a açıqlama verib.

O, Ağdam təmsilçisinin Avropa Liqasının əsas mərhələsində "Bodo Qlimt" üzərində əldə etdiyi qələbəni (2:1) şərh edib:

"Maraqlı oyun keçdi. "Qarabağ" uzun zaman idi belə sürətli rəqiblə qarşılaşmırdı. Çox sürətli, təşkilatlantlanmış komanda idi.

"Qarabağ" son oyunlarda məğlub olduğu üçün üzərinə təzyiq vardı. Zəfər gününə görə də məşqçilər və futbolçuların üzərində əlavə təzyiq hiss olunurdu.

Düşünürdülər bu oyunu uduzmaq olmaz. Rəqibin güclü pressinq ilə rastlaşdıq.

Topla tez davranan, sürətli ötürmələr verən rəqib gördük. "Qarabağ" əldə etdiyi 3 xalla özünəinamı qaytarmış oldu.

Bu qırılma nöqtəsi hardasa olmalıydı. Düzdür, böyük çətinliklə başa gəldi. Amma vacib olanı qələbədir. "Qarabağ" Azərbaycan futbolunda öz sözünü deyir.

İnanıram ki, növbəti oyunlar bunun davamı gələcək. Sadəcə, bəzi futbolçularda eniş yaşanır. Bu da bütün komandaya təsir edir".

Haqverdiyev Qurban Qurbanovun heyətdə etdiyi dəyişikliklər barədə də söz açıb:

"Məşqçilər korpusu bunu bizdən yaxşı bilər. Çünki futbolçuları məşqdə daha yaxından onlar görür.

Fiziki, psixoloji durumlarını bilirlər. Buna uyğun heyət seçilmişdi. O da özünü doğrultdu.

Şəxsi fikrimə görə, Yassin Benziya və Leandro Andrade son oyunlar zəif təsir bağışlayırdı. Bu da futbolda yaşanan hadisələrdir. Deməli, məşqçilər korpusu bunu bizdən yaxşı görüb, düzgün də qərar verdilər.

Aleksey Kaşuk və Addainin əsas heyətdə meydana çıxması Qurban müəllimin onlara verdiyi bir şansdır. Bu addım hər iki futbolçuya inam qazandıracaq.

Daha çox şans aldıqca faydaları daha çox dəyəcək. Onları başa düşmək olar. Uzun müddətdir oynamırlar.

Belə məsul yarışlarda çox çıxış etməyiblər. Ona görə də digər komanda yoldaşlarından təcrübə baxımından geri qaldıqları görünürdü".

Vasif müəllim sonda "köhlən atlar"ın müdafiədə yol verdiyi səhvləri xüsusi qabardıb:

"Növbəti oyunlarda standart vəziyyətlərdə diqqətli olmaq lazımdır. Artıq skandinaviya klubları yox, bütün klublar duran toplarda təhlükəli olur.

Müdafiədə formada olmayan futbolçularımız var. Boşluqlar verdilər ki, rəqib qol imkanları yaxaladı.

Sadəcə, dəyərləndirə bilmədilər. Hər dəfə "Qarabağ" bəxtsizlik yaşayırdısa, bu dəfə norveçlilər eyni halla üzləşdi".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
23 Dekabr 22:00 Gəl, müqaviləni uzat!
23 Dekabr 20:00 Juninyo gedir...