COP29

Qurban Qurbanov hava limanında “Sportinfo”ya danışdı: “Norveçdə məğlub olsaydıq belə...”

8 Noyabr 19:40 Qarabağ 2 501
Qurban Qurbanov hava limanında “Sportinfo”ya danışdı: “Norveçdə məğlub olsaydıq belə...”

"İlk növbədə xalqımızı Zəfər bayramı münasibətilə təbrik etmək istəyirəm.

Həqiqətən önəmli oyun idi bizim üçün”.

Bu sözləri Heydər Əliyev Beynəlxalq Aeroportunda Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Cümə axşamı Norveçdə baş tutan “Budyo Qlimt” – “Qarabağ” qarşılaşmasında təmsilçimiz rəqibini 2:1 hesabı ilə məğlub etməklə Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini bayram etdi.

Təcrübəli çalışdırıcı qalibiyyətdə rol oynayan mühüm amilləri qeyd edib:

“Bu, həm Azərbaycanda milli bayramla – Zəfər Günü, həm də qrupda 3 oyundu məğlub olmağımızla əlaqədar idi. Düzdür, utbolçularda bir az gərginlik var idi. Lakin məsuliyyət həddən artıq çox idi.

Gördüyünüz kimi, bir az gərgin oyun oldu. Bu matçda qalib gəlsək də, rəqib öz oyunu oynadı və bizə çətin anlar yaşatdı. Hər bir halda, futbolçularla əvvəlcədən danışmışdıq ki, sonadək dözmək lazımdı.

Çünki belə görüşlərdə, ümumiyyətlə, Avropa matçlarında sona kimi meydanda, oyunun içində olmaq çox vacibdi. Sonda Allaha şükürlər olsun ki, yaxşı bir qalibiyyət oldu.

Futbolçulardan ruh düşkünlüyü oyundan sonar aradan qalxdı, bu baxımdan hər şey qaydasına düşdü.

Komanda üzvləri matçdan sonra çox sevincli idi. Çox yaxşı bir komandaya qalib gəldik".

Qurbanov bu qələbə sayəsində pley-off şanslarının artması ilə bağlı sualı cavablandırıb:

“Məncə, bu qələbəylə pley-off şanslarımız yaxşılaşıb, artması barədə düşünmək üçün hələ tezdir. Amma şansımız var. Hətta məğlub olsaydıq belə, şanslarımız qalacaqdı.

Qarşıdakı oyunlarda hansı nəticələrin qeydə alınacağını bilmirik. Biz uduzduğumuz kimi, digər rəqiblər də məğlub ola bilər.

Hər halda bu qələbə futbolçulara böyük bir inam verdi və qarşıdakı matçlarda daha inamlı, daha diqqətli olmaq üçün böyük bir səbəb oldu”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti